Foto əlavə edilib
18.06.2020***22:09
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində sürücü, 1954-cü il təvəllüdlü Bayramov Süleyman Abuzər oğlu idarəetməni itirərək qəza törədib. O, hadisə zamanı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Bayramova döş qəfəsinin küt travması diaqnozu qoyulub.