Bakıda qəza nəticəsində yaralanan avstriyalı idmançı əməliyyat olunub

Bakıda qəza nəticəsində yaralanan avstriyalı idmançı əməliyyat olunub Əməliyyat uğurla başa çatıb və idmançı normal danışa bilir
Hadisə
14 İyun , 2015 13:43
Bakıda qəza nəticəsində yaralanan avstriyalı idmançı əməliyyat olunub

Bakı. 14 iyun. REPORT.AZ/ I Avropa Oyunlarının Atletlər Kəndinin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobusun vurması nəticəsində yaralanan avstriyalı idmançı əməliyyat olunub.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O bildirib ki, əməliyyat uğurla başa çatıb və idmançı normal danışa bilir.

Xatırladaq ki, iyunun 11-də I Avropa Oyunlarının Atletlər Kəndinin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Həmin idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi