Yuxarı

​Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Maarif Arif oğlu Babayev barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin müdafiəçisi ilkin qərardan kassasiya şikayəti verib.

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Razayevi qısqanclıq zəminində bıçaqlayıb. Belə ki, o, qeyri-rəsmi nikahda yaşadığı qadını R.Razayevlə görüb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub.

M.Babayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 185.3.3-cü (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi