Bakıda qətldə təqsirləndirilən şəxs: "Onu mən öldürməmişəm"

Bakıda qətldə təqsirləndirilən şəxs: "Onu mən öldürməmişəm" Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar İsmayılovun məhkəmədə ifadə verib.
Hadisə
16 Mart , 2022 11:23
Bakıda qətldə təqsirləndirilən şəxs: Onu mən öldürməmişəm

Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar İsmayılov məhkəmədə ifadə verib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dindirilən İ.İsmayılov Cabir Abulovu öldürmədiyini deyib:

"Onu kimin qətlə yetirdiyini isə görə bilmədim".

Zərərçəkmişin hüquqi varisi Şəmsi Abulov da təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, qardaşını İ.İsmayılovun öldürmədiyini söyləyib.

Hakim bildirib ki, cinayət işində adı keçən iki vacib şahid var: "Onlar məhkəməyə məcburi qaydada gətirilməlidir".

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İ.İsmayılov 1992-ci il təvəllüdlü Cabir Abulova aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi