Bakıda qətl və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakıda qətl və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib
Hadisə
6 Sentyabr , 2016 10:54
Bakıda qətl və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra A.Teymurova dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub. Q.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və K.Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi