Bakı. 20 sentaybr.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məhərrəmov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qətldə təqdirləndirilən E.Həsənovun əməli isə cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib və 4 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, qətl hadisəi ötən il dekabrın 23-də Bakı şəhərində baş verib. E.Məmmədovla E.Həsənov Elşad Əmirovu qətlə yetirib. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Səbail Rayon Mühafizə İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətnəkdə şübhəli bilinən hər iki şəxs tutulub.
Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar.