Bakıda tanışını bıçaqlayıb hadisə yerindən qaçan şəxs tutuldu

Bakıda tanışını bıçaqlayıb hadisə yerindən qaçan şəxs tutuldu Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçmış şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilmişdir.
Hadisə
21 Dekabr , 2020 16:09
Bakıda tanışını bıçaqlayıb hadisə yerindən qaçan şəxs tutuldu
0 : 00
0 : 00

Suraxanı Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adamöldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçan şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilib.

Bu barədə "Report"a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, cari il aprelin 25-də rayon ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyən edilib.

Faktla bağlı 25.04.2020-ci il tarixdə Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Faris Babaşov CM-nin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 19.12.2020-ci il tarixdə axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb edilib və barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi