Bakıda qətldə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən proses video formatda baş tutub.
Buna görə təqsirləndirilən şəxs məhkəmə zalına gətirilməyib. Ə.Güləliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulması təmin edilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Şıxməmmədov yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.
Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.