Bakıda qətl törədən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda qətl törədən şəxsin kassasiya şikayəti təmin edilməyib Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
29 Sentyabr , 2018 14:02
Bakıda qətl törədən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Səbuhi İmran oğlu barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.İmran oğlunun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü il noyabrın 19-da Sabunçu rayonunda baş verib. Ramil Əliyev dostları Elməddin Abbasov və Elçin Xasayevlə birgə gecə kafedə oturarkən orada əyləşən Səbuhi İmran oğlu ilə aralarında mübahisə yaşanıb. Həmin şəxslər kafeni tərk edəndən sonra yenidən S.İmran oğlunun dostları - Vüqar Zeynalov, Vahab Babayev və Sənan Qurbanlı arasında dava düşüb. Nəticədə S.İmran oğlu R.Əliyevə bir neçə bıçaq zərbəsi endirib. Hadisədən sonra S.İmran oğlu və dostları hadisə yerindən qaçıb. Yaralı vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına aparılan R.Əliyev dünyasını dəyişib. Hadisədən sonra dava edən şəxslər Sabunçu rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İmran oğlu 20 il, digər təqsirləndirilən şəxslər - V.Zeynalov, E.Abbasov, E.Xasayev, S.Qurbanlı və V.Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərin apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi