Bakıda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 Aprel , 2019 11:37
Bakıda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Ərəbovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbovla işlədiyi metla qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi