Bakıda qətl törədən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda qətl törədən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 İyul , 2018 16:40
Bakıda qətl törədən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında S.Bağırovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında Nizami rayonunda kafelərdən birinin qarşısında baş verib. Belə ki, Bakının Nizami rayonu Babək prospektindəki kafelərdən birinin qarşısında Ağsu sakini Sabit Bağırov mübahisə zəminində tanışı Bakı şəhər sakini Valeh Heydərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya aparılan V.Heydərov xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşları S.Bağırovu saxlayaraq istintaqa təhvil veriblər. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra ekspert rəyinə əsasən, V.Heydərovun bıçaqlanmadan ölmədiyi bildirilib və CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Son xəbərlər

Orphus sistemi