​Bakıda qətl törədən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

​Bakıda qətl törədən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib Digər şəxslərə 3 il müddətinə cəza kəsilib
Hadisə
11 Dekabr , 2015 18:47
​Bakıda qətl törədən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Əliyevi öldürməkdə təqsirləndirilən Səbuhi İmanoğlu və xuliqanlıq etməkdə təqsirləndirilən Vüqar Zeynalov, Elməddin Abbasov, Elçin Xasayev, Sənan Qurbanlı və Vahab Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.İmanoğlu 20 il və digər təqsirləndirilən şəxslər - V.Zeynalov, E.Abbasov, E.Xasayev, S.Qurbanlı və V.Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ölüm hadisəsi 2014-cü il noyabrın 19-da Sabunçu rayonunda baş verib. R.Əliyev dostları E.Abbasov və E.Xasayevlə birgə gecə kafedə oturarkən, orada əyləşən S.İmanoğlu ilə aralarında mübahisə yaşanıb. Həmin şəxslər kafeni tərk edəndən sonra yenidən S.İmanoğlunun dostları - V.Zeynalov, V.Babayev və S.Qurbanlı arasında dava düşüb. Nəticədə S.İmanoğlu R.Əliyevə bir neçə bıçaq zərbəsi endirib. S.İmanoğlu və dostları hadisə yerindən qaçıb. Yaralı vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına aparılan R.Əliyev dünyasını dəyişib. Hadisədən sonra dava edən şəxslər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

S.İmanoğlu Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və V.Zeynalov, E.Abbasov, E.Xasayev, S.Qurbanlı, V.Babayev isə CM-nin 221.2.1-ci (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi