Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərova hökm oxunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.
"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib.
Belə ki, Özbəkistan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.