Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda qəbiristanlıqların birindən məhəccərin qapıları oğurlanıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, iyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.