Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı məzarların birindən sinə daşı oğurlanıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis Şöbəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı məzarların birindən sinə daşını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.