Yuxarı

Qazax sakininə qarşı dələduzluq edildiyi iddia olunub - YENİLƏNİB

Həmin addımı fırıldaqla pul qazanmaq naminə həyata keçirib

Bakı. 1 mart. REPORT.AZ/ İranə Talışxanovanın hüquqi nümayəndəsi "Report"a bildirib ki, onun kimdənsə 14 500 manat alıb qaytarmaması faktı olmayıb: "Bu məsələ ilə bağlı heç bir şikayət ərizəsi yoxdur. Qəhvar Rəhimova özü dəfələrlə dələduzluqda ittiham edilib və həmin addımı fırıldaqla pul qazanmaq naminə həyata keçirib".

***

Bakıda Qazax rayon sakininə qarşı 14 min manatlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, Qazax rayon sakini 61 yaşlı Qəhvar Rəhimova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin fevral ayında Səbail rayonu, M.Lermontov küçəsində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü İranə Talışxanova adlı şəxs onun etibarından sui-istifadə edərək 14 500 manat pulunu alıb, lakin bu günədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi