Bakıda qaz xəttinə çırpılan avtomobil yanıb

Bakıda qaz xəttinə çırpılan avtomobil yanıb Gecə saat bir radələrində Bakının Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.
Hadisə
7 Noyabr , 2019 12:44
Bakıda qaz xəttinə çırpılan avtomobil yanıb

Gecə saat bir radələrində Bakının Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb.

Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub. 

Son xəbərlər

Orphus sistemi