Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
22 Noyabr , 2018 15:34
Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Report
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, E.Məmmədov qayını Mərkəz Quliyevi qətlə yetirib.

Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

Son xəbərlər

Orphus sistemi