Bakıda qaynını öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda qaynını öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
25 yanvar 2018 13:17
Bakıda qaynını öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova ötən ilin yayında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib. 

A.Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu S.Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra mərhum barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib. 

A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. Daha sonra o, həbs olunub.

Son xəbərlər

Orphus sistemi