Bakıda qaynını bıçaqlayan şəxs məhkəmədə ifadə verib

Bakıda qaynını bıçaqlayan şəxs məhkəmədə ifadə verib Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytxada kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
13 Fevral , 2019 14:37
Bakıda qaynını bıçaqlayan şəxs məhkəmədə ifadə verib

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytxada kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə M.Zalov özünü təqsirli bildiyini deyib.

O sərbəst ifadəsində bildirib ki, qeyri-rəsmi yaşadığı qadının qardaşı ilə əvvəl yeyib-içiblər, sonra mübahisə ediblər: "Həmin gün çox içmişdik. Dəqiq yadımda deyil, deyəsən söyüş üstündə oldu. Heç bıçağı necə vurduğum da yadımda qalmayıb".

M.Zalov əməlindən peşman olduğunu söyləyib.

Daha sonra zərərçəkmiş qismində Əlibala Ağalarov dindirilib. O, həmin günü çox içdiklərini, hadisənin isə söyüş üstündə olduğunu qeyd edib: "Bıçaq qarnıma batanda hiss elədim. Bir müddət xəstəxanada qaldım, vəziyyətim ağırdır".

Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını vurğulayıb.

Məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaçadığı qadının qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi