Bakıda qayınanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb

Bakıda qayınanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb Qadın möcüzə nəticəsində sağ qalıb
Hadisə
23 May , 2017 08:23
Bakıda qayınanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb
Report.az

Bakı. 23 may. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, ev 24 A-da qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Yaqubova Lalə Tofiq qızı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atıb. O, ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qayınana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi