Bakıda qayınını öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda qayınını öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda qayınını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
15 noyabr 2018 10:53
Bakıda qayınını öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda qayınını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əliövsəd Abasovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib.

Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

Son xəbərlər

Orphus sistemi