Bakıda qayınata ərinə xəyanət edən gəlinini başından güllələyərək öldürüb

Bakıda qayınata ərinə xəyanət edən gəlinini başından güllələyərək öldürüb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
12 Dekabr , 2017 01:01
Bakıda qayınata ərinə xəyanət edən gəlinini başından güllələyərək öldürüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin "Report"a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi