Bakıda qatarın üstünə çıxaraq naqil oğurlamaq istəyən yeniyetməni cərəyan vurub

Bakıda qatarın üstünə çıxaraq naqil oğurlamaq istəyən yeniyetməni cərəyan vurub Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
19 Yanvar , 2018 04:23
Bakıda qatarın üstünə çıxaraq naqil oğurlamaq istəyən yeniyetməni cərəyan vurub

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda oğurluq zamanı bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, rels üzərində hərəkətsiz qalan qatar vaqonlarının üzərinə çıxan 15 yaşlı Balaxan Ağayev oradakı elektrik naqillərini kəsmək istəyib.

Bu zaman cərəyan onu vuraraq yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi