Yuxarı
    Bağlamaq

    Bakıda qarın sancısından əziyyət çəkən kişi xəstəxanada ölüb

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinə təhvil verilib

    Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda qarın sancısından əziyyət çəkən kişi xəstəxanada ölüb.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

    Belə ki, qarın sancısı səbəbindən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən təxminən 60 yaşlı kişi ölüb. Onun nə səbəbdən öldüyünün araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinə təhvil verilib.

    Hazırda hüquq-mühafizə orqanın əməkdaşları meyitin kimliyini araşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi