Bakıda qardaşını qətlə yetirən şəxs apellyasiya şikayəti verib

Bakıda qardaşını qətlə yetirən şəxs apellyasiya şikayəti verib İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq
Hadisə
24 Sentyabr , 2016 12:38
Bakıda qardaşını qətlə yetirən şəxs apellyasiya şikayəti verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Faiq Xəlilov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 30-na təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib. 32 yaşlı Məlik Ağarəhim oğlu Xəlilov ilə 22 yaşlı qardaşı F.Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı F.Xəlilov özündən 10 yaş böyük qardaşını qətlə yetirib. M.Xəlilov ürəyindən bıçaq xəsarəti alıb və ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən F.Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi