Bakıda qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 Mart , 2019 09:14
Bakıda qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Report

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi