Bakıda qardaşını öldürənin apellyasiya şikayətinə baxılıb

Bakıda qardaşını öldürənin apellyasiya şikayətinə baxılıb Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
18 Yanvar , 2020 17:51
Bakıda qardaşını öldürənin apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A.Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2018-ci ilin oktyabr ayında Bakıda baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. 

Son xəbərlər

Orphus sistemi