​Bakıda qardaşını öldürən keçmiş məhkuma hökm oxunub

​Bakıda qardaşını öldürən keçmiş məhkuma hökm oxunub O, 19 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 Aprel , 2016 15:45
​Bakıda qardaşını öldürən keçmiş məhkuma hökm oxunub

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ramil Muşarapovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Muşarapov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Əslən Tatarıstan Respublikasından olan, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Ramil Mavilyitoviç Muşarapov aralarında yaranan şəxsi mübahisə zəminində doğma qardaşı, 1981-ci il təvvəlüdlü Renat Mavilyitoviç Muşarapovu bıçaqlayaraq qətlə yetirib. Qətli törədən Ramil Muşarapov hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinə gedərək könüllü təslim olub. Ramil Muşarapov bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Həmin cinayət işlərindən biri də qətl olub. 

Son xəbərlər

Orphus sistemi