Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxunub Feyzulla Murtuzov 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 Oktyabr , 2016 17:16
Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Feyzulla Murtuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Murtuzov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Suraxanı rayonunda baş verib. Bülbülə qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü F.Murtuzov qardaşı 1959-cu il təvəllüdlü İdris Murtuzova bıçaq xəsarəti yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Murtuzov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi