​Bakıda qardaşını bıçaqlayan keçmiş məhkuma hökm oxunub

​Bakıda qardaşını bıçaqlayan keçmiş məhkuma hökm oxunub O, 5 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
6 Aprel , 2016 15:02
​Bakıda qardaşını bıçaqlayan keçmiş məhkuma hökm oxunub

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən 1958-ci il təvəllüdlü Kamil Novruzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçiirlən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Novruzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci il noyabrın 1-də Bakı şəhərinin M.Ələkbərov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü K.Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabili bıçaqlayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Novruzəliyev tutulub.

Son xəbərlər

Orphus sistemi