Bakıda qardaşı arvadını yandıran şəxs apellyasiya şikayəti verib

Bakıda qardaşı arvadını yandıran şəxs apellyasiya şikayəti verib Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Hadisə
23 Fevral , 2019 15:20
Bakıda qardaşı arvadını yandıran şəxs apellyasiya şikayəti verib

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 27-nə təyin edilib.

Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2017-ci ildə Sabunçu rayonu ərazisində baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi