Yuxarı

Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib, dava zamanı o, 3 bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki qolun, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib. K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi