Bakıda keçmiş məhkum bacısını bıçaqlayıb

Bakıda keçmiş məhkum bacısını bıçaqlayıb Bakı. 11 mart. REPORT.AZ/ Bakıda bacısını bıçaqlayan şəxs tutulub.
Hadisə
11 Mart , 2019 12:29
Bakıda keçmiş məhkum bacısını bıçaqlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda bacısını bıçaqlayan şəxs tutulub. 

DİN-dən "Report"a verilən məlumata görə, hadisə martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb. 

Belə ki, həmin qəsəbədə yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. 38-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb.

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi