Bakıda qanunsuz silah-sursat alveri edən şəxslər tutulub

Bakıda qanunsuz silah-sursat alveri edən şəxslər tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Avqust , 2015 12:43
Bakıda qanunsuz silah-sursat alveri edən şəxslər tutulub

Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda qanunsuz silah-sursat alveri edən şəxslər tutulub. Bu barədə "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. 

Məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilən "TOZ-B" markalı tüfəng və 40 ədəd patron götürülüb. 

Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi