Bakıda qanunsuz olaraq idman mərc oyunları təşkil edən şəxslər saxlanılıb

Bakıda qanunsuz olaraq idman mərc oyunları təşkil edən şəxslər saxlanılıb Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir
Hadisə
24 Noyabr , 2016 13:36
Bakıda qanunsuz olaraq idman mərc oyunları təşkil edən şəxslər saxlanılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda qanunsuz olaraq idman mərc oyunları təşkil edən şəxslər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehti Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar.

Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi