Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.
Xatırladaq ki, prokuror Orxan Kəngərli çıxışında K.Əmirovun 14 il, R.Əmirovla R.Kərimovun hər birinin 13 il, E.Hüseynovun 12 il, İ.İbrahimovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Rüfət Əmirov “Rafət Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.