Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib
Hadisə
12 Oktyabr , 2016 12:44
Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Məlikovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, bu ilin iyun ayında R.Məlikov Nəsimi rayonu ərzisində 6 qadına qarşı soyğunçuluq etməkdə təqsirli bilinib. O, həmin qadınların qızıl-zinət əşyalarını ələ keçirməkdə şübhəli bilinərək, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb. R.Məlikov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi