Yuxarı
    Bağlamaq

    Bakıda qadınlara qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

    Azər Əhmədov 8 il 8 ay müddətinə azadlıqdan məhrum olunub

    Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Əhmədov 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

    Qeyd edək ki, A.Əhmədov Elena Cəfərovaya 65 min manat və Zenalova Şükufə qarşı 97 min 500 manat məbləğində dələduzluq edib.

    O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi