Bakıda qadınlara qarşı 163 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qadınlara qarşı 163 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyulun 3-nə təyin olunub
Hadisə
29 İyun , 2017 17:08
Bakıda qadınlara qarşı 163 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı vəkilin vəsatətini təmin edilməməsini tələb edib. O, A.Əhmədovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Əhmədov zərərçəkmiş Şüküfə Zeynalovanın 97 min 500 manat və Ellana Cəfərovanın isə 65 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

İstintaq dövründə A.Əhmədovun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi