​Bakıda qadınlar arasında kütləvi dava baş verib

​Bakıda qadınlar arasında kütləvi dava baş verib Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır
Hadisə
6 Avqust , 2015 11:47
​Bakıda qadınlar arasında kütləvi dava baş verib

Bakı. 6 avqust. REPORT.AZ/ Bakıda qadınlar arasında kütləvi dava baş verib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 50 yaşlı Validə Süvari polisə müraciət edərək Z.Xəlilov küçəsində iki nəfər Telnaz və Samirə adlı qadınlarla mübahisə etdiyini və onlar tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi