Bakıda qadınlar arasında dava olub, gənc qız xəsarət alıb

Bakıda qadınlar arasında dava olub, gənc qız xəsarət alıb Qonşusu Mehriban Ramazanovanın saçını yolub
Hadisə
151
16 Fevral , 2018 04:55
Bakıda qadınlar arasında dava olub, gənc qız xəsarət alıb

Bakı. 16 fevral. REPORT.AZ/ Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub. 

"Report"un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi