Bakıda qadının soyğunçuluq yolu ilə 7 min manat pulu ələ keçirilib

Bakıda qadının soyğunçuluq yolu ilə 7 min manat pulu ələ keçirilib İmişli rayon sakini F.Fərəcli saxlanılıb
Hadisə
178
3 Aprel , 2021 13:22
Bakıda qadının soyğunçuluq yolu ilə 7 min manat pulu ələ keçirilib

Bakıda evdə soyğunçuluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də Bakı şəhər sakini A.Güvəndikova Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edib, cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7 000 manat dəyərində qızıl əşyaların F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.

Son xəbərlər

Orphus sistemi