Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nihad Hadıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2 Dekabr , 2019 10:12
Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nihad Hadıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Fərid Yaqubovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında Əhmədli qəsəbəsində baş verib.

M.Hadıyev minik avtomobili ilə avtobusdan düşən 2 nəfəri - 1954-cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı və 1965-ci il təvəllüdlü Abdullayeva Tamella Zəfər qızını vurub. S.Fərəcullayevaya hər iki ayağın sınığı, T.Abdullayevaya sol ayağın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. T.Abdullayevanın vəziyyəti ağır olduğundan ayağı amputasiya edilib, ancaq o sonradan dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi