Yuxarı

Bakıda qadının mənzilinə basqın edən şəxs oradan 18 min manat pul aparıb

İlhamə Nazminin əl-qolu yapışqanlı lentlə bağlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda qadının mənzilinə basqın olub. “Report” xəbər verir ki, C.Naxçıvanski küçəsi ev 80-də yaşayan 1969-cu il təvəllüdlü İlhamə Naziminin mənzilinə daxil olan naməlum şəxs onu bıçaqla hədələyərək əl-qolunu yapışqanlı lentlə bağlayıb.

Naməlum şəxs mənzildəki 18 min manat pulu, İ.Naziminin boynundakı brilliant qaşlı qızıl zənciri götürərək hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi