Bakıda qadının mənzilindən zinət əşyaları və televizor oğurlanıb

Bakıda qadının mənzilindən zinət əşyaları və televizor oğurlanıb Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
8 Aprel , 2017 16:00
Bakıda qadının mənzilindən zinət əşyaları və televizor oğurlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda qadının mənzilindən zinət əşyaları və televizor oğurlanıb.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, aprelin 2-dən 6-dək naməlum şəxs və ya şəxslər A.Mustafayev küçəsindəki evlərdən birində yaşayan 1958-ci il təvəllüdlü J.Süleymanovanın mənzilinə açarseçmə yolu ilə daxil olublar. Qadının mənzilindən televizor, 3 000 manatlıq qızıl və gümüş zinət əşyaları oğurlanıb.

Hadisə baş verən zaman evdə heç kim olmayıb. 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi