Bakıda qadının kartından 1 100 manat oğurlayan şəxs saxlanıldı

Bakıda qadının kartından 1 100 manat oğurlayan şəxs saxlanıldı Bakıda bank kartından pul oğurlanıb.
Hadisə
12 Dekabr , 2020 14:18
Bakıda qadının kartından 1 100 manat oğurlayan şəxs saxlanıldı

Bakıda bank kartından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Zamanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabr ayının 15-dən dekabr ayının 4-dək olan müddətdə Bakı şəhər sakini F.Səfərovaya məxsus bank kartından 1 100 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Zamanov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi