​Bakıda qadının evinə maskalı silahla basqın edən şəxslər apellyasiya şikayəti verib

​Bakıda qadının evinə maskalı silahla basqın edən şəxslər apellyasiya şikayəti verib İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq
Hadisə
9 May , 2016 16:55
​Bakıda qadının evinə maskalı silahla basqın edən şəxslər apellyasiya şikayəti verib

Bakı. 9 may. REPORT.AZ/ Bakıda qadının evinə maskalı silahlla basqın etməkdə təqsirləndirilən Nahid Balaxan oğlu Rəziyev, Samid Eldar oğlu Tahirov və Elnur İmanxan oğlu Muradov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası mayın 10-na təyin edilib.

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Bakıda evə basqın edən maskalı silahlı şəxsləri zərərsizləşdiriblər. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri - N.Rəziyev, S.Tahirov və Lerik rayon sakini E.Muradov şübhəli şəxs qismində tutulublar.

Araşdırmalarla müəyyən edilib ki, N.Rəziyevin başçılıq etdiyi dəstənin üzvləri soyuq silah və maska əldə edərək Şüvəlan qəsəbəsi Bağlar massivində yaşayan Şövkət Əli qızı Həşimovanın evinə giriblər. Onlar qadına zor tətbiq edərək pul və qızıl tələb ediblər. Qadın qışqıraraq qonşuları səsləyib. Bundan sonra dəstə üzvləri evi tərk ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bu il mart ayının 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tahirov 10 il və N.Rəziyevlə E.Muradovun isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi