Bakıda qadına çoxsaylı bıçaq vuran şəxsin işi məhkəməyə göndərildi

Bakıda qadına çoxsaylı bıçaq vuran şəxsin işi məhkəməyə göndərildi Bu il yanvarın 22-də paytaxtın Xətai rayonu ərazisində Zümrüd Niftəliyevaya bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən ada
Hadisə
997
21 Avqust , 2020 18:15
Bakıda qadına çoxsaylı bıçaq vuran şəxsin işi məhkəməyə göndərildi

Bu il yanvarın 22-də paytaxtın Xətai rayonu ərazisində Zümrüd Niftəliyevaya bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə Xətai rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai rayon prokurorluğundan "Report"a bildirilib ki, istintaqla zərərçəkmiş şəxsin tanışı Bəhruz Abdullayevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı zərbələr vuraraq Zümrüd Niftəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər

Orphus sistemi