Bakıda qadının başına çəkiclə vuraraq pullarını aparan şəxslər saxlanılıb

Bakıda qadının başına çəkiclə vuraraq pullarını aparan şəxslər saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
23 Yanvar , 2017 13:08
Bakıda qadının başına çəkiclə vuraraq pullarını aparan şəxslər saxlanılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda qadının başına çəkiclə vuraraq pullarını aparan şəxslər saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsindəki evlərdən birindən quldurluq yolu ilə 2400 manat pul və 6000 manat dəyərində qızıl əşyalar aparmaqda şübhəli bilinən Bərdə rayon sakinləri Rüfət Rəhimov və Zamin Muradov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi